"Fabbrica" olaraq məqsədimiz sizə yalnız yüksək keyfiyyətli premium mebellər və xidmət təqdim etməkdir. Sifarişlərinizin hər mərhələsində özünüzü əmin hiss etməyiniz üçün aydın və şəffaf qaydalar hazırlamışıq.
Bu səhifədə fərdi sifarişlə hazırlanan mebellərin qaytarılması, zəmanət xidməti və dəyişdirilməsi şərtləri ilə tanış ola bilərsiniz. Komandamız istənilən vəziyyətdə sizə dəstək göstərməyə hazırdır.
İstehsal qüsuru olan məhsulun təmiri və ya dəyişdirilməsi
Bizim məhsullarımız "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna uyğun olaraq zəmanətlə təmin edilir. Mebelin təhvil-təslimi zamanı və ya zəmanət müddətində istehsal (zavod) qüsuru aşkar olunarsa:
(+994) 10 212 00 52 qaynar xəttinə zəng edərək və ya info@fabbrica.az ünvanına yazaraq qüsur haqqında məlumat verin (şəkil və ya video əlavə edilməsi tövsiyə olunur).
Şirkətin texniki eksperti qüsuru yerində yoxlayacaq.
Əgər istehsal qüsuru təsdiqlənərsə, "Fabbrica" problemi ən qısa müddətdə öz hesabına aradan qaldıracaq (qüsurlu hissənin təmiri və ya yenisi ilə əvəz edilməsi).
Qüsurun aradan qaldırılması texniki cəhətdən mümkün deyilsə, məhsul dəyişdiriləcək və ya ödəniş geri qaytarılacaq.
Ödənişin geri qaytarılması yalnız sifariş zamanı istifadə olunan bank kartına həyata keçirilir. Bank qaydalarına əsasən məbləğin hesaba oturması 14 təqvim gününədək çəkə bilər.
Şəxsi istək əsasında geri qaytarma
"Fabbrica" premium fərdi mebel istehsalı ilə məşğul olduğu üçün bütün məhsullar müştərinin xüsusi ölçüləri, seçdiyi materiallar və fərdi dizaynı əsasında hazırlanır.
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, lazımi keyfiyyətli, alıcının fərdi tələblərinə uyğun olaraq xüsusi hazırlanmış və başqa bir şəxs tərəfindən istifadəsi mümkün olmayan məhsullar şəxsi istək əsasında geri qaytarılmır və dəyişdirilmir.
Sifariş rəsmi təsdiqlənib istehsala verildikdən sonra ləğv edilə bilməz.
İstifadə olunan terminlər və anlayışlar
Şirkət/Satıcı – "Stone House" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505985901). Ünvan: Bakı şəh. Binəqədi rayonu, Binəqədi şossesi 39.
Veb-sayt – "Stone House" MMC tərəfindən idarə olunan fabbrica.az saytı.
Alıcı – Satıcı ilə müqavilə bağlayaraq fərdi mebel sifariş edən istifadəçi.