Fabbrica Logo
Shop
Privacy policy

Privacy policy

???????? AZƏRBAYCAN DİLİNDƏ (AZ)

Bu sənəddə (bundan sonra "Sənəd") qeyd olunan şərtlər, www.fabbrica.az saytı ilə (bundan sonra "Biz", "Şirkət" və ya "Veb-sayt") Veb-saytın istifadəçisi (bundan sonra "İstifadəçi") arasında mübadilə olunan qarşılıqlı məlumatların konfidensiallığının təmin edilməsi məqsədini daşıyır.

Bu Sənəddə "Şirkət" dedikdə, "Fabbrica" əmtəə nişanının sahibi nəzərdə tutulur. Bu Sənəddə "İstifadəçi" dedikdə, Veb-sayta həm üzv (müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər) qismində, həm də üzv olmadan (qeydiyyatdan keçmədən) ziyarətçi kimi daxil olan şəxslər nəzərdə tutulurlar.

Biz, sənin Veb-sayta daxil olaraq ondan istifadə etdiyin zaman barəndə Veb-sayta daxil edilmiş məlumatları necə topladığımızı, hansı qaydada istifadə və mühafizə etdiyimizi sənə aydın şəkildə izah edə bilməyimiz üçün bu Sənədi tərtib və təsdiq etmişik. Bu Sənədin hazırlanmasında əsas məqsəd, İstifadəçilərin Veb-saytdan etibarlı şəkildə istifadə etmələrini təmin etmək, həmçinin Veb-saytda həyata keçirdikləri hər bir hərəkət zamanı daxil etdikləri fərdi məlumatların konfidensiallığına təminat verildiyinə onları əmin etməkdən ibarətdir. Odur ki, Veb-saytdan istifadə etməzdən əvvəl saytımızın "Konfidensiallıq Siyasəti" ilə tanış olmağını tövsiyə edirik.

www.fabbrica.az veb-saytının "Konfidensiallıq Siyasəti" başda ölkənin ali qanunu olan Azərbaycan Respublikasının Konstitusiyasına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq qanunvericilik aktlarına, "Fərdi məlumatlar haqqında" qanuna, "İnformasiya əldə etmək haqqında" qanuna və Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə uyğun olaraq hazırlanmışdır.

www.fabbrica.az veb-saytında İstifadəçi ilə Veb-sayt arasında fərdi məlumat mübadiləsi Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş əsas insan və vətəndaş hüquq və azadlıqlarına riayət edilməklə, qanunçuluq, konfidensiallıq, könüllülüyün məcburiliklə uyğunlaşdırılması prinsiplərinə əsasən həyata keçirilir. İstifadəçiyə aid fərdi məlumatlar onun özü tərəfindən könüllülük prinsipinə riayət etməklə təqdim edildiyi andan mühafizə olunur.

İstifadəçinin nəzərinə çatdırırıq ki, onun tərəfindən təqdim edilmiş məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix və yer, cinsi, vətəndaşlığı, telefon nömrəsi və elektron ünvanı, yaşadığı və olduğu yer, ixtisası və iş yeri, məşğul olduğu fəaliyyət növü, ailə vəziyyəti, şəkli və digər məlumatlar) "Fərdi məlumatlar haqqında" qanunun 5.2-ci maddəsinə uyğun olaraq tərəfimizdən qorunur və İstifadəçinin özünün yazılı razılığı olmadan və ya qanunla müəyyən edilmiş hallar ("Fərdi məlumatlar haqqında" qanunun 13-cü maddəsində göstərilən hallar) istisna olmaqla, heç bir halda üçüncü şəxslərə, idarə və təşkilatlara ötürülmür.

Baş vermiş inzibati xətaları, cinayət əməllərini törətmiş şəxsləri ifşa etmək, belə hüquqazidd əməllərin nəticələrini aradan qaldıra bilmək məqsədilə, habelə gələcəkdə baş verə biləcək inzibati xətaların, cinayət əməllərinin qarşısını almaq, cəmiyyəti belə qəsdlərdən qorumaq məqsədilə Veb-sayta daxil edilmiş məlumatlar hüquq-mühafizə və məhkəmə orqanlarının təxirəsalınmaz tədbirləri zamanı və ya rəsmi sorğuları nəticəsində, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl edilməklə, İstifadəçinin razılığı alınmadan belə orqanlara təqdim edilə bilər.

Nəzərinə çatdırırıq ki, Veb-saytımızda digər veb-saytlara, internet platformalara keçidlər yerləşdirilə bilər. Belə keçidlərə daxil olmaqla, orada apardığın yazışmaların, təqdim etdiyin məlumatların konfidensiallığının təmin edilməməsi ehtimalı hər zaman mövcuddur. Həmin veb-saytlarda, internet platformalarda təqdim etdiyin məlumatları, hərəkətlərinin konfidensiallığına "Fabbrica" zəmanət vermir və cavabdehlik daşımır.

İstənilən halda sən fərdi məlumatlarını saytda qeyd etməmək hüququnu özündə saxlayırsan. Ancaq nəzərə al ki, Veb-sayt vasitəsi ilə müəyyən hərəkətləri edə bilməyin üçün qeydiyyatdan keçməyin və qeydiyyatdan keçərkən özünə aid müxtəlif məlumatlarını daxil etməyin zəruridir. Əks halda Veb-saytda nəzərdə tutulmuş imkanlardan istifadə etməyin qeyri-mümkün olacaqdır.

Nəzərinə çatdırırıq ki, İstifadəçi saytımızda qeydiyyatdan keçərkən, təqdim etdiyi əlaqə nömrəsi üzərindən təsdiq üçün SMS bildirişləri (servis, tranzaksiya və ya OTP) alacağını qəbul edir. Bu bildirişlər yalnız qeydiyyat zamanı daxil edilən əlaqə nömrəsinə göndəriləcək. Həmin nömrənin məxfiliyi qorunur və yalnız bu xidmətlərin göstərilməsi üçün istifadə olunur.

Yuxarıda qeyd olunanlarla yanaşı, həmçinin onu da nəzərinə çatdırırıq ki, "Fabbrica" gələcəkdə istənilən zaman bu "Konfidensiallıq Siyasəti"nə birtərəfli qaydada dəyişiklik etmək hüququnu özündə saxlayır. Belə dəyişikliklərin edilməsi müxtəlif zərurətlərdən əmələ gələ bilər (məsələn: qanunvericiliyə edilmiş müxtəlif dəyişikliklərlə bağlı, istifadəçilərin Veb-saytdan istifadəsinin daha da asanlaşdırılması, müxtəlif kampaniyaların həyata keçirilməsi və s.). Lakin hər bir halda, İstifadəçiyə məxsus fərdi məlumatların konfidensiallığının təmin edilməsi prinsipinin aliliyi Bizim tərəfimizdən hər zaman rəhbər tutulacaqdır.

Bu sənədlə bağlı hər hansı iradın, təklif və ya şikayətin olarsa, aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlamağını xahiş edirik:

E-mail: info@fabbrica.az Telefon: (+994)10 212 00 52 Ünvan: Bakı şəh. Binəqədi rayonu, Binəqədi şossesi 39.


???????? ENGLISH (EN)

The terms outlined in this document (hereinafter referred to as the "Document") are intended to ensure the confidentiality of mutual information exchanged between the www.fabbrica.az website (hereinafter "We", "Company", or "Website") and the user of the Website (hereinafter "User").

In this Document, "Company" refers to the owner of the "Fabbrica" trademark. In this Document, "User" refers to persons accessing the Website both as members (duly registered individuals) and as visitors without membership (unregistered).

We have drafted and approved this Document to clearly explain to you how we collect, use, and protect the information entered into the Website when you access and use it. The main purpose of this Document is to ensure that Users use the Website securely and to assure them that the confidentiality of the personal data they enter during every action on the Website is guaranteed. Therefore, we recommend that you read our site's "Privacy Policy" before using the Website.

The "Privacy Policy" of the www.fabbrica.az website is prepared in accordance with the Constitution of the Republic of Azerbaijan, the supreme law of the country, as well as the international legislative acts to which the Republic of Azerbaijan is a party, the Law "On Personal Data", the Law "On Obtaining Information", and the requirements of other normative legal acts included in the legislative system of the Republic of Azerbaijan.

The exchange of personal data between the User and the Website on the www.fabbrica.az website is carried out based on the principles of legality, confidentiality, and the alignment of voluntariness with obligation, while observing the fundamental human and civil rights and freedoms enshrined in the Constitution of the Republic of Azerbaijan. Personal data belonging to the User is protected from the moment it is provided by the User themselves, in compliance with the principle of voluntariness.

We bring to the User's attention that the information provided by them (name, surname, patronymic, date and place of birth, gender, citizenship, phone number and email address, place of residence and location, profession and workplace, type of activity, marital status, photo, and other information) is protected by us in accordance with Article 5.2 of the Law "On Personal Data" and is under no circumstances transferred to third parties, institutions, and organizations without the written consent of the User or except for cases specified by law (cases specified in Article 13 of the Law "On Personal Data").

Information entered into the Website may be provided to law enforcement and judicial authorities without the User's consent, in compliance with the requirements of the legislation of the Republic of Azerbaijan, during urgent measures by such authorities or as a result of their official requests, to expose persons who have committed administrative offenses and criminal acts, to eliminate the consequences of such unlawful acts, as well as to prevent future administrative offenses and criminal acts, and to protect society from such infringements.

Please note that links to other websites and internet platforms may be placed on our Website. By accessing such links, there is always a possibility that the confidentiality of the correspondence you conduct and the information you provide there will not be ensured. "Fabbrica" does not guarantee and is not responsible for the confidentiality of the information you provide or your actions on those websites and internet platforms.

In any case, you reserve the right not to enter your personal data on the site. However, please note that in order to perform certain actions via the Website, it is necessary to register and enter various personal information during registration. Otherwise, it will be impossible for you to use the intended features of the Website.

We inform you that when registering on our site, the User accepts that they will receive SMS notifications (service, transaction, or OTP) for confirmation on the provided contact number. These notifications will only be sent to the contact number entered during registration. The confidentiality of this number is protected and is used solely for the provision of these services.

In addition to the above, we also inform you that "Fabbrica" reserves the right to make changes to this "Privacy Policy" unilaterally at any time in the future. Such changes may arise from various necessities (for example: due to various changes in legislation, to further facilitate the use of the Website by users, implementation of various campaigns, etc.). However, in any case, the supremacy of the principle of ensuring the confidentiality of personal data belonging to the User will always be our guiding principle.

If you have any objections, suggestions, or complaints regarding this document, please contact us via the following means:

E-mail: info@fabbrica.az Phone: (+994)10 212 00 52 Address: 39 Binagadi Highway, Binagadi District, Baku.

Write on WhatsApp